IQNA

Hindistanda Həzrət Əli (ə) mövzusunda rəsm sərgisi keçirilib

1:05 - January 21, 2025
Xəbər sayı: 3497469
İQNA – Yeni Dehlidə İran Mədəniyyət Evində məşhur hind rejissoru və rəssamı Müzəffər Əlinin rəsm sərgisi açılıb.

İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, sərginin açılış mərasimində Vilayəti Fəqihin Hindistandakı nümayəndəsi Höccətül-İslam Mehdi Məhdəvipur və İran İslam Respublikasının Mədəniyyət Attaşesi Firiduddin Fərid Əsr iştirak edib və bu hind rəssamının əsərləri ilə bağlı bəzi məqamlara toxunub.

Həmçinin sərginin açılışında hindistanlı rəssama təqdir olunub.

Raja Syed Müzəffər Əli (1944) hindistanlı rejissor, modelyer, şair, rəssam və sosial işçidir. Müzəffər sənəti kino və rəssamlığın üzvi və nadir birləşməsidir, şəkil, dil və maddə arasındakı əlaqəni araşdırır.

Hindistanlı rəssam təbiətdən mənəvi və islami anlayışların bir hissəsi kimi istifadə edir. O, Hindistandakı məscid və ziyarətgahlardan ilham alaraq onları müasir incəsənətin dilinə tərcümə edib.

4260537

captcha