“Mütəffifin” surəsinin 29-36-cı ayələrində Əməvilərdən və münafiqlərdən bəzilərinin bəzi möminlərin məsxərəyə məsxərəyə qoyulması əhvalatı nəql olunur. Qurani-Kərim bu ayələrdə buyurur: "Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər" (29). "Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər" (30). "Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər" (31). "Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər" (32). "Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər) (33). Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər" (34). " Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər" (35). "(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)" (36).
Əbrar və əməlisalehlərin böyük nemət və mükafatlarından bəhs edən “Mütəffifin” surəsinin əvvəlki ayələrinin ardınca bu ayələrdə onların iman və təqvalarına görə dünya həyatında qarşılaşdıqları bəzi əziyyət və sıxıntılara işarə edilir. O, bu məsələyə aydınlıq gətirmək üçündür ki, qeyd olunan böyük mükafatlar hesabsız deyil.
Bir gün münafiqlər möminləri məsxərəyə qoyacaqlar, lakin elə bir gün gələcək ki, möminlər Cənnət taxtlarına söykənərək cəhənnəm əhlini seyr edəcəklər.
Bəzi əhli-sünnə təfsirçiləri bu ayənin təfsirində belə yazırlar: Bir gün Əli (ə) və bir qrup mömin Məkkədə bir qrup kafirin yanından keçdilər və onlar İmama (ə) və möminlərə gülərək onlara istehza etdilər. Bu ayələr [o Həzrəti və möminləri müdafiə etmək üçün] nazil olmuş və istehza edənlərin qiyamət günü aqibətini açıqlamışdır.
Əlavə mütaliə üçün aşağıdakı mənbələrə baxın.
Bax: Fəxr Razi, Qurtubi, Ruhul-məani və Zəməxşərinin Kəşşaf təfsiri, Mütəffifin surəsinin 29 və 30-cu ayələri altında; Təfsir Numunə, cild 26, səh.238 və 284; Təfsir İbn Kəsir, cild 2, səh.4 və 535; Təfsir Əhsənul-hədis, 8-ci cild, s. 11, səh. Təfsirul-Bəyan, 2-ci cild, səh, cild 3, səh. Təfsirul-Cədid, cild 6, səh. Təfsirül-Kaşif, 1-ci cild, s. 414.
3491532