IQNA

Danimarkada Qurana hücumla bağlı ilk dəfə məhkəmə prosesi başlayıb

1:52 - January 26, 2025
Xəbər sayı: 3497499
İQNA - Danimarkada Qurana hörmətsizlik edən iki nəfər haqqında ilk dəfə olaraq məhkəmə prosesi başlayıb.

Kopenhagen Respublika Prokurorluğundan edilən yazılı açıqlamada, Qurana uyğun olmayan rəftar edən iki şəxs haqqında Danimarka Cəza Qanunu çərçivəsində ilk dəfə cəza faylının hazırlandığı bildirilib.

Açıqlamada, 2024-cü il iyunun 15-də Bornholm adasında keçirilən mitinqdə iştirak edən iki şəxsin Qurana açıq şəkildə hörmətsizlik etdiyi diqqətə çatdırılıb və iş materiallarının Bornholm məhkəməsinə göndərildiyi, lakin məhkəmənin qrafiki müəyyən edilməmişdir.

Bəyanatda rəyi yer alan Kopenhagen prokuroru Lise Lotte Nilas, "Dəyərləndirməmiz fonunda ictimai yerdə Qurana qarşı nalayiq hərəkətlər edildi və bu hadisəyə çoxlu şahid oldu. Hadisələr sosial şəbəkələrdə paylaşıldı. Facebook media platforması və daha geniş auditoriyaya çatdı" ifadələrindən istifadə etdi.

Prokuror bildirib ki, şübhəlilər üçün cərimə istənilib.

2023-cü il dekabrın 7-də Danimarkada Quran və müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsi qəbul edilib və qanunu pozanların cərimə və ya iki ilə qədər həbs cəzası verilə biləcəyi açıqlanıb.

captcha