İranın Məşhəddə keçirilən 41-ci Beynəlxalq Quran Müsabiqəsinin Tərtil qiraəti bölməsində iştirak edən Misir Ərəb Respublikasından olan Quran qarisi Abdullah Seyid Abdulla "İQNA"-ya verdiyi müsahibəsində bildirib: "O, İranda keçirilən Quran yarışmasında ilk dəfədir ki, iştirak edir. O, daha əvvəl Qətərdə keçirilən beynəlxalq Quran yarışlarında iştirak etdiyini açıqlayıb".
O, Quran tilavətinə necə başladığı və bu mövzuda örnək olması barədə bunları deyib: "Mən uşaqlıqdan Qurani-Kərimi əzbərləməklə, daha sonra təcvidi öyrənməyə başlamışam, tərtil qiraəti bölməsi üzrə yarışlarda iştirak edirəm. Əlbəttə, mən Quran tilavətində heç bir görkəmli qariyə oxşamıram. Amma mən Şeyx Məhəmməd Rəfət, Şeyx Mustafa İsmayıl, Şeyx Menşavi, Şeyx Şəhhat Məhəmməd Ənvər, Şeyx Məhəmməd Bassiuni və Seyid Mütəvəlli Əbdül-Al da daxil olmaqla bütün böyük Misir qarilərinin tilavətini sevirəm".
O, iranlı qiraətçilər haqqındakı qiymətləndirməsi və məlumatı ilə bağlı deyib: "İranlı qiraətçilər arasında mənim çoxlu dostlarım var. Dünənki yarışmada dostum olan cənab Hadi Esfidani ilə birlikdə idim. Eynilə, İraqda tanış olduğum cənab Mehdi Təqipur. Həmçinin mənim tanış olduğum cənab Hamid Şakirnejad".
Bu misirli qari İran İslam Respublikasının Qurani-Kərim yarışlarına olan diqqəti haqqında deyib: "İran İslam Respublikası Qurani-Kərim yarışlarını ən gözəl şəkildə təşkil edir və bunun üçün tam hazırdır ki, bu da təşəkkür və təqdirə layiqdir".
O, çıxışının başqa bir hissəsində Beynəlxalq Qurani-Kərim yarışlarının digər yarışlarla müqayisədə xüsusiyyətləri ilə bağlı deyib: "İranda yarışların nizamı və təşkili çox daha yaxşıdır və bu sahəyə daha çox diqqət yetirilir".
Bu misirli qari Qurani-Kərimlə tanışlığın şəxsi həyatına təsirindən danışıb: "Quran mənim bütün həyatımdır. Bu arada Misir cəmiyyətində Qurani-Kərimin tədrisinə xüsusi diqqət və qayğı göstərilir".
Qeyd edək ki, 41-ci Milli Qurani-Kərim yarışının kişilər arasında keçirilən yarışı bu gün, yanvarın 26-da, İmam Rzanın (ə) hərəminin Qüds zalında saat 14:30-da başlayıb və saat 21:00-a qədər davam edib.
4262263