IQNA

Efiopiya Quran müsabiqəsinin qalibləri bəlli oldu

2:17 - February 05, 2025
Xəbər sayı: 3497564
İQNA – Efiopiyada keçirilən ikinci Beynəlxalq Quran Hifzi, Qiraəti və Azan Müsabiqəsi qaliblərin elan edilməsi ilə öz fəaliyyətini yekunlaşdırıb.

 

"FANABC" saytının verdiyi məlumata görə, müsabiqə Efiopiya Dini İşlər üzrə Ali Şurasının nəzarəti altında Zeyd İbn Sabit Quran Dərnəyi tərəfindən təşkil olunub.

Rəsmi və beynəlxalq şəxslərin iştirakı ilə Əddis-Əbəbə stadionunda bağlanış mərasimi keçirilib.

Quran əzbəri kateqoriyasında kişilər kateqoriyasında liviyalı Məhəmməd Fuad Əl-Qəhvəci, eyni kateqoriyada qadınlar bölümündə yəmənli Rüqəyyə Salih birinci olub.

Azan kateqoriyasında indoneziyalı Məhəmməd Ərçan Əbubəkr birinci, Efiopiyadan Adəm Cibril üçüncü olub.

Misirli Əbdur-rəzzaq Əl-Şəhavi Quran tilavəti müsabiqəsində birinci olub.

Müsabiqəyə dünyanın 60 ölkəsindən qari, hafiz və müəzzin qatılıb. Tədbirdə həmçinin 20-dən çox ərəb və islam ölkəsindən İslam şuralarının rəhbərləri, vaizlər, səfirlər və diplomatlar da daxil olmaqla görkəmli auditoriya iştirak edib.

Mərasimdəki çıxışında Dəyanət İşləri Başçısı Şeyx İbrahim Tufa bu hadisənin Bilal Əl-Həbəşinin və Nəcaşinin vətəni olan ölkəsində bu tədbirin böyük diqqət çəkdiyini bildirib və bunun birlik və dinc yanaşı yaşama dəyərlərini əks etdirdiyini vurğulayıb.

Mərasimdə bir çox mühüm şəxsiyyətlər təltif edilib. Şeyx İbrahim Tufa “Beynəlxalq İslam xadimi” mükafatını, seneqallı Məhəmməd Həsən Boso isə “Liderlik və Mükəmməllik” ordenini alıb.

Eynilə, Münsiflər heyətinə və fəxri qonaqlara ənənəvi Efiopiya geyimləri, qəhvə və bal hədiyyə edilib.

4263830

Teqlər: efiopiya ، müsəlman ، quran ، müsabiqə
captcha