IQNA

Trampın planına qarşı ərəb ölkələrinin növbədənkənar toplantısı

2:54 - February 11, 2025
Xəbər sayı: 3497598
İQNA – Ərəb mənbələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına qarşı çıxmaq üçün Qahirədə fövqəladə toplantının keçiriləcəyini bildirib.

"Şihab" Xəbər Agentliyinin verdiyi məlumata görə, "əl-Ərəbi əl-Cədid"lə danışan ərəb mənbələri ərəb liderlərinin fövqəladə toplantısının fevralın 27-də Qahirədə keçiriləcəyini bildiriblər.

Xəbərə görə, sözügedən toplantıda Trampın Qəzza zolağının işğalı və fələstinlilərin bölgədən zorla çıxarılması ilə bağlı təhlükəli planı müzakirə ediləcək.

Həmçinin görüşdə ərəb ölkələrinin ABŞ və İsrailin təzyiqlərinə qarşı Misir və İordaniyaya dəstək vermək üçün ortaq mövqe tutacağına qərar veriləcəyi də gözlənilir.

Donald Tramp bu planı ilə fələstinlilərin Misir və İordaniyaya zorla köçürülməsini tələb etmişdi.

captcha