"Əl-Bəyan" internet saytının verdiyi məlumata görə, bu Quranlar Dubay vəliəhdi və BƏƏ-nin müdafiə naziri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktumun nəzarəti altında başlanan “Hər ev üçün Quran” layihəsi çərçivəsində Əmirliklər arasında paylanmaq üçün məscid rəhbərliyinə çatdırılıb.
Dubay Dini İşlər və Xeyriyyə Fəaliyyətləri Departamentinin baş direktoru Əhməd Dərviş Müheyri bildirib ki, “Cəmiyyət ili” proqramına uyğun olaraq həyata keçirilən bu aksiyanın məqsədi dini dəyərləri institutlaşdırmaq, Quran tilavəti və hifzi ilə bağlı sosial maarifləndirməni gücləndirməkdir.
O, həmçinin bu layihə ilə bağlı cəmiyyətdən müsbət reaksiyalar aldıqlarını və bunun cəmiyyətin Qurana bağlılığının göstəricisi olduğunu bildirib.
“Hər evə bir Quran” layihəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində Quranların hər kəsə çatmasını təmin etmək üçün məscidlərdə Quran paylanmasına nəzarət etmək üçün işçi qruplar yaradılıb.
Bu layihə Ramazan ayı ərəfəsində cəmiyyətdə insanları müqəddəs Ramazan ayına daha yaxşı hazırlaşmağa sövq etmək üçün başlayıb.
Dubayda yaşayan vətəndaşlar yaşadıqları yerə ən yaxın olan məscidə gedərək bu mənəvi imkandan yararlana bilərlər.
4265464