IQNA

İsrail Qəzza zolağında neçə məscidi dağıdıb?

3:38 - February 19, 2025
Xəbər sayı: 3497651
İQNA - Qəzzada Vəqflər və Dini İşlər Nazirliyi Qəzza zolağında 1244 məsciddən 1109-nun İsrailin hücumları nəticəsində dağıdıldığını açıqlayıb.

Ərəb mediasının verdiyi məlumata görə, nazirlik rəsmisi Qəzzada Öməri məscidi qarşısında mətbuat konfransı keçirərək şəhərdəki vəqflərin vəziyyəti ilə bağlı açıqlamalar verib.

Rəsmi şəxsin verdiyi məlumata görə, Qəzzada məscidlərin 89 faizi dağıdılıb. 834 məscid tamamilə xarabalığa çevrildiyi halda, 275 məscid yararsız hala salınıb.

Maliyyə itkiləri 500 milyon dolları ötüb

Hücumlar nəticəsində Qəzzada dini və inzibati mərkəzlərə, vəqf mülklərinə, türbələrə və məscidlərə ciddi ziyan dəydiyi, ümumi maddi itkilərin 500 milyon dolları keçdiyi bildirilib.

3 kilsə də dağıdılıb

Açıqlamada İsrail ordusunun 3 kilsə ilə yanaşı məscidləri də dağıtdığı bildirilib.

captcha