IQNA

Fransada idman tədbirlərində hicab geyinməyi qadağan edən qanun layihəsi təsdiqlənib

1:30 - February 20, 2025
Xəbər sayı: 3497656
İQNA - İdman yarışlarında hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin yuxarı palatasını təşkil edən Senat tərəfindən təsdiqlənib.

Fransada senatorlar idman tədbirlərində hicab kimi dini simvolların qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə ediblər.

Senatda qanun layihəsi 210 bəli, 81 əleyhinə səslə təsdiqlənib. 38 senator səsvermədə bitərəf qalıb, 19 senator isə səsvermədə iştirak etməyib.

Mərkəz sağçı Respublikaçılardan (LR) senator Mişel Savin tərəfindən Senata təqdim edilən qanun layihəsində ictimai idman obyektlərində kütləvi namaz qılınmasına qadağa da nəzərdə tutulur.

Senatorlar arasında gərginlik

Senatda dini simvolların və ictimai hovuzlarda burkini (örtülü hovuz geyimi) kimi geyimlərin də qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı solçu və sağ mərkəzçi senatorlar arasında gərginlik yaranıb.

Solçu senatorlar ümumi assambleyada çoxluğu təşkil edən sağ mərkəzçi LR partiyasından olan senatorları bu qanun layihəsi ilə "müsəlman qadınları ləkələməkdə" günahlandırıblar.

Senatda çıxış edən sosialist senator Sylvie Robert, LR partiyasından olan həmkarlarının Senatda müzakirə etmək üçün seçdikləri məsələlərin bölücü olduğuna diqqət çəkərək, "Bu qanun layihəsinin siyasi məqsədi var və o, sekulyarizmi alətə çevirərək bir dinə (İslam) damğa vurmaqdır" dedi.

Yaşıllar (EELV) senatoru Yannick Jadot isə islamın sağ mərkəzçi senatorlar arasında "vəsvəsə" olduğunu müdafiə etdi.

Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.

4267154

Teqlər: fransa ، İslam ، müsəlman ، hicab
captcha