IQNA

Bağdadda şəhid Seyid Həsən Nəsrullahın dəfn günü tətil edildi

10:07 - February 22, 2025
Xəbər sayı: 3497660
İQNA - Bağdad valisi gələn bazar günü Livan Hizbullahının keçmiş baş katibinin dəfn mərasimi ilə eyni vaxtda əyalətdəki dövlət idarələrinin tətil edilməsinə göstəriş verib.

"İQNA"-nın İraqın rəsmi Xəbər Agentliyinə (IWA) istinadən verdiyi məlumata görə, Bağdad Valiliyi verdiyi açıqlamada bildirib: “Bağdad Əyalət Şurasının qərarına əsasən, vali Əbdül-Müttəlib Ələvi gələn bazar günü valilik binası və ona bağlı bütün qurumların bağlanması barədə əmr verib”.

Bəyanatda əlavə edilib: “Bu tətil, şəhid Seyid Həsən Nəsrullaha (Allah ondan razı olsun) dəfn günü hörmət və minnətdarlıq əlaməti olaraq edilir, çünki bu möhtəşəm hadisə geniş ictimaiyyətin iştirakı və bu hadisə ilə ictimai uyğunlaşma tələb edir”.

Həmçinin vətəndaşların, xüsusən də yas mərasimlərində iştirak edənlərin gediş-gəlişinin asanlaşdırılması bu qərarın səbəblərindən biridir.

4267355

captcha