İran İslam İnqilabı Rəhbərinin İdarəsinin Aypara Müşahidə Mərkəzinin üzvü Höccətül-İslam Əli Rza Müvəhhidnejad Ramazan ayı ilə bağlı açıqlama verib.
Höccətül-İslam Müvəhhidnejad, "Ramazan ayını müşahidə etmək üçün cümə günü axşam saatlarında ölkənin müxtəlif bölgələrinə 100-ə yaxın komanda göndəriləcək" dedi.
"Mütəxəssislər cümə gecəsi Ramazan ayının hilalının görünmə ehtimalını zəif kimi qiymətləndirirlər. Hesablamalara görə, martın 2-si bazar günü Ramazan ayının ilk günü olacaq", - deyə Höccətül-İslam Müvəhhidnejad bildirib.