IQNA

Səudiyyə Ərəbistanı bir milyondan çox Quranı dünya səviyyəsində pylayacaq

5:42 - March 01, 2025
Xəbər sayı: 3497700
İQNA – Səudiyyə Ərəbistanı müqəddəs Ramazan ayı münasibətilə dünyanın müxtəlif ölkələrinə 1 milyon 200 min nüsxə Qurani-Kərim paylamağı planlaşdırır.

"Elsob.news" saytının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman Qurani-Kərimin 79 dildə təfsirləri də daxil olmaqla 1 milyondan çox nüsxəsinin Səudiyyə Ərəbistanının dünyadakı səfirliklərindəki İslam və mədəniyyət mərkəzləri və dini idarələrə paylanmasına icazə verdiyini açıqlayıb.

Bu qərar Səudiyyə kralı Salmanın Quran hədiyyə proqramına uyğun olaraq həyata keçirilir və Səudiyyə Ərəbistanının Dini İşlər və Rəhbərlik Nazirliyi tərəfindən həyata keçirilir.

Bu layihə Ramazan ayı ərzində həyata keçiriləcək və dünyanın 45 fərqli ölkəsində Qurani-Kərimlər müsəlmanlara çatdırılacaq.

4268492

Teqlər: ərəbistan ، quran ، dünya ، ramazan ayı
captcha