Pakistan mətbuatının verdiyi məlumata görə, Xeybər-Paxtunxva əyalətinin Nouşera şəhərində mədrəsənin daxilində məsciddə cümə namazı zamanı partlayış baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupu göndərilib. Yerli mənbələrdən verilən açıqlamada, ilkin araşdırmaya görə, hücumun bir kamikadze tərəfindən həyata keçirildiyi və qrupların araşdırmalarının davam etdiyi bildirilib.
Talibanın ruhani atasının oğlu partlayışda həlak olub
Partlayış nəticəsində “Talibanın atası” kimi tanınan və sülh danışıqlarında mühüm rol oynayan pakistanlı din alimi və siyasətçi Sami-ül-Haqın oğlu Mövlana Həmid-ül-Haq həlak olub.