IQNA

Qətərdə keçirilən Quran müsabiqəsində 100 iştirakçı finala yüksəlib

4:29 - March 04, 2025
Xəbər sayı: 3497725
İQNA - Qətər Mədəniyyət Kəndi Fondu 8-ci Qətər Beynəlxalq Quran Qiraəti Yarışmasının final mərhələsində iştirak edəcək 100 iştirakçını açıqlayıb.

"Əl-Şərq" saytının verdiyi xəbərə görə, Qətər Beynəlxalq Quran Qiraəti Mükafatı Müsabiqəsi "Qurani-Kərimi səsinlə gözəlləşdir" şüarı ilə və Qətər Vəqflər və Dini İşlər Nazirliyinin nəzarəti altında təşkil olunur.

Qətərdə bildirib ki, seçim komitəsi final mərhələsi üçün 61 ərəb və xarici ölkədən 1348 iştirakçı arasından 100 iştirakçı seçib, onlardan 54-ü ərəb ölkələrindən, 46-sı isə qeyri-ərəb ölkələrindən final mərhələsinə yüksəlib.

Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş bütün ərizələri qiymətləndirir və Dohada keçiriləcək ilkin mərhələyə keçmək üçün ən yaxşı 100 iştirakçını seçir.

Müsabiqənin məqsədi Quran tilavətini təşviq etmək, üstün istedadları üzə çıxarmaq və seçilən qiraətləri tanıtmaqdır.

Münsiflər heyəti 6 nəfərdən ibarətdir ki, onlardan 3-ü qiraət qaydaları, əhkam və təcvid, digər üç nəfər isə Qurani-Kərimin muğamları və səs gözəlliyi üzrə mütəxəssisdir.

Birinci yerin qalibi 500 min Qətər rialı, ikinci və üçüncü yerin sahibləri isə 400 min və 300 min Qətər riyalı məbləğində mükafat alacaqlar. Dördüncü yer 200 min Qətər rialı, beşinci yer isə 100 min Qətər rialı məbləğində pul mükafatı alacaq.

4268857

captcha