“İrəm” xəbər saytının verdiyi məlumata görə, bütün dünyada müsəlmanların müqəddəs Ramazan ayında əməl etdikləri öz adət və ənənələri var. Bu adətlərdən biri də varlıların evlərinin qapısını kasıbların üzünə açıb onları iftar süfrələrində qarşılamasıdır.
Nigeriyada bir çox insan yoxsulluq həddinin altında yaşayır və bu müqəddəs ayda ehsan etmək ənənəsi və həmrəylik ruhu ön plana çıxır.
Ramazan axşamları zəngin Nigeriyalı ailələr qapılarını kasıb və ehtiyaclıların üzünə açır, iftar süfrələri verirlər.
İftar süfrələrinə düyü, lobya və yerli şorba kimi bu ölkənin ənənəvi yeməkləri daxildir.
İmkanlı ailələr Ramazan ayında iftar süfrələri verməklə yanaşı, kasıbların çiyinlərindəki yükü yüngülləşdirmək, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətləri və empatiya mədəniyyətini gücləndirmək üçün ehtiyacı olanlara ərzaq, geyim və digər əsas tələbat malları paylayırlar.
4271726