“Sabanet” saytında yer alan xəbərə görə, müsabiqə ölkənin Ali Təhsil Nazirliyi və 21 Sentyabr Tibb və Tətbiqi Elmlər Universitetinin birgə təşkilatçılığı ilə beş gün davam edib.
Bu müsabiqədə 25 dövlət və özəl universitet iştirak edib və bu müsabiqənin məqsədi tələbələri Quranı əzbərləməyə, qiraət və təcvid öyrənməyə, iman və əxlaqi dəyərləri gücləndirməyə, tələbələr arasında Quran mədəniyyətini yaymağa, Quran və Quran elmləri üzrə biliklərini artırmaqdan ibarətdir.
Müsabiqə iştirakçıları 5, 10, 20 və tam Quran hifzi kateqoriyaları üzrə yarışıblar.
Ekspert münsiflər heyəti hər bir kateqoriya üzrə müsabiqə iştirakçılarını qiymətləndirdi. 21 Sentyabr Universiteti bu yarışları hər il tələbələrin iştirakı ilə təşkil etməyə çalışır.
Açılış mərasimində Yəmənin milli təhsil nazirinin müavini Hatəm Əl-Dais tələbələrin Quran əzbəri və qiraəti bacarıqlarının təkmilləşdirilməsi baxımından bu cür Quran fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb.
O, 21 Sentyabr Universitetinin Quran yarışlarının təşkili və iştirak şəraitinin təmin edilməsi istiqamətində səylərinə toxunaraq, digər təhsil müəssisə və təşkilatlarını Quran mədəniyyətini yayacaq bu cür tədbirlərə töhfə verməyə çağırıb.
4272280