IQNA

Yəmən Ənsarullahı: “Amerikalılara ağrılı cavab verəcəyik”

4:07 - March 18, 2025
Xəbər sayı: 3497836
İQNA - Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli üzvü çıxışında deyib: “Bu hərəkat, ABŞ-a qarşılıq vermək üçün bir neçə varianta malikdir və biz onun təcavüzlərinə ağrılı cavab verəcəyik”.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatının yüksək rütbəli rəsmisi deyib: “Bu hərəkat, ABŞ-a qarşılıq vermək üçün bir neçə varianta malikdir və biz onun təcavüzlərinə ağrılı cavab verəcəyik”.

Yəmənin Ənsarullah danışıqlar qrupunun üzvü Həmid Asim, “Əl-Cəzirə Net” telekanalına müsahibəsində deyib: “ABŞ-ın Yəmənin bir neçə əyalətinə hücumları vəhşilikdir və bu hücumlarda mülki mərkəzlər bombalanıb, onlarla yəmənli uşaq evlərində şəhid olub və yaralanıb”.

Asim Vaşinqtonun bu hücumlardakı hədəfləri ilə bağlı da deyib: “Bu hücumlar sionist rejimə xidmət və Yəmənin Qəzza xalqı qarşısında vəzifəsini yerinə yetirməsinə mane olmaq cəhdidir”.

Bu Ənsarullah rəsmisi qeyd edib: “Amerikanın bu məqsədinə nail olmaq qeyri-mümkündür, çünki Qəzzə xalqı ilə bağlı mövqeyimiz dini, milli və etnik mövqedir və biz bu mövqe ilə fəxr edirik və bunun əvəzini ağır ödəyəcəyimizi bilirik. Lakin Fələstin xalqına kömək etmək üçün hər hansı bir xərc ödəmək azdır və Ənsarullahın mövqeyini dəyişməsi mümkün deyil”.

Bu hadisələrdən sonra Ənsarullahın qarşısında duran variantlarla bağlı Asim deyib: “Cavabımız ağrılı olacaq, amma necə cavab verəcəyimizi təyin etmək hərbi komandirlərin işidir. Hadisələrin gedişi göstərir ki, qüvvələrimiz Amerikanın dəniz və qurudakı hədəfləri, xüsusən də düşmən təyyarələrinin havaya qalxdığı ərazilərlə bağlı lazımi tədbirləri görəcək”.

4272630

captcha