“İQNA”-nın verdiyi məlumata görə, BMT-nin sözçüsünün müavini Fərhan Haq çərşənbə axşamı yerli vaxtla BMT baş katibinin Qəzzada atəşkəs elan edilməsinə çağırış etdiyini bildirib və əlavə edib: "BMT-nin baş katibi İsrailin Qəzzaya aviazərbələr endirməsi və çox sayda mülki şəxsin həlak olmasından şoka düşüb".
BMT sözçüsü əlavə edib: “BMT-nin baş katibi şiddətlə atəşkəsə riayət etməyə, maneəsiz humanitar yardımın bərpasına və “qalan girovların qeyd-şərtsiz azad edilməsinə” çağırır.
İsrailin ABŞ-ın koordinasiya etdiyi Qəzzaya yeni hücumlarının başlamasından sonra yaşayış evləri, məktəblər, qaçqın mərkəzləri və qaçqın düşərgələri ağır hücumlarla hədəfə alınıb.
Ağ Ev İsrailin Qəzzaya hücum etməzdən əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyası ilə məsləhətləşdiyini açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı günü özünün son statistikasında bildirib ki, İsrailin Qəzza zolağına hücumlarını bərpa etdikdən sonra bu səhərdən bəri qadın və uşaqlar da daxil olmaqla 412 Fələstin vətəndaşı şəhid olub, 500-dən çox adam yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi hücumlar davam etdikcə itkilərin sayının artacağı ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin verdiyi məlumata görə, Qəzza xəstəxanaları ciddi dərman, tibbi avadanlıq və yanacaq çatışmazlığı ilə üzləşib və bu böhran tibbi şəraiti iflasa gətirib çıxarıb.
Qəzzadakı Əl-Şifa xəstəxanasının direktoru həmçinin vurğulayıb ki, bütün Qəzza zolağında cəmi dörd reanimasiya çarpayısı qalıb və yaralıların çoxu tibbi imkanların olmaması səbəbindən həyatını itirir.
O, həmçinin yaralananları xilas etmək üçün bombalanmış ərazilərə daxil olmaqda ciddi çətinliklər olduğunu bildirib və deyib: “Biz dağıntılar altından yaralıların səslərini eşidirik, lakin onları xilas edə bilmirik”.
4272834