IQNA

120 min fələstinli Məscidül-Əqsada Fitr bayramı namazına qatıldı

1:22 - March 31, 2025
Xəbər sayı: 3497935
İQNA - Fitr bayramı namazı 120 min fələstinlinin iştirakı ilə Məscidül-Əqsada qılındı.

“İQNA”-nın “Əl-Əhd”-ə istinadən verdiyi məlumata görə, sionist rejimin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 120 min fələstinli ibadətçi Fitr bayramı namazını Əqsa məscidində qılıb.

Bu bazar səhəri Fitr bayramında on minlərlə fələstinli sionist rejimin tətbiq etdiyi məhdudiyyətləri pozaraq Məscidül-Əqsaya daxil olmaq üçün işğal olunmuş Qüdsə yola düşüb.

Bu hesabata görə, bütün məhdudiyyətlərə baxmayaraq, 120 min fələstinli Məscidül-Əqsada fitr bayramı namazına qatılıb. Sionist rejim İordan çayının qərb sahilinin, işğal olunmuş Qüdsün və 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərinin Məscidül-Əqsaya daxil olmasına mane olmaq məqsədilə məhdudiyyətlər, o cümlədən, yaş məhdudiyyətləri tətbiq edib.

4274315

captcha