“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, İsrail rejimi kanalın fəaliyyətinə qoyulan qadağanı və işğal altındakı Qüdsdəki ofisinin bağlanmasını daha 60 gün uzatdığını açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu nazirlərdən “təhlükəsizlik riski” hesab edilən xarici xəbər şəbəkələrini bağlamaq səlahiyyəti verən qanunu qəbul etməyi tələb edib.
İsrail hakimiyyəti mayın 5-də Əl-Cəzirə xəbər agentliyinin Qüdsdəki redaksiyasını bağlayıb. Sionist rejim televiziyası Netanyahunun ofisinə mənbə kimi istinad edərək, Əl-Cəzirəni bağlamaq qərarının Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqləndiyini açıqlayıb.
İsrail parlamenti aprelin 1-də Qətərdə yerləşən Əl-Cəzirə xəbər agentliyi də daxil olmaqla “təhlükəsizlik riski” hesab edilən xarici xəbər şəbəkələrini qadağan edən qanun layihəsini qəbul edib.
4274531