“İQNA”-nın “Əl-Məsirə”-yə istinadən verdiyi məlumata görə, xəbər mənbələri ABŞ-ın Yəmənə yeni hücumu barədə məlumat yayıb.
Bu mənbələr Amerika döyüş təyyarələrinin Sənanın Bəni Mətar bölgəsində Cəbəl ən-Nəbi Şuaybi bombaladığını açıqlayıb.
Bundan əvvəl Amerika döyüş təyyarələri Sənanın Sənhan bölgəsini beş dəfə bombalamışdı.
Ötən gecə Səadanın müxtəlif bölgələri 15 dəfə bombalanıb.
Yəmən mənbələri həmçinin Amerika təcavüzkarlarının titrəyişli bombalardan istifadə edərək Səna əyalətinin cənubundakı Cərban bölgəsinə hücum etdiyini bildiriblər.
4274529