IQNA

Albaniyanın Bali məscidi, dünyanın ən gözəl beş İbadət məkanı arasında

13:07 - April 02, 2025
Xəbər sayı: 3497947
İQNA – Osmanlı dövründə 1608-1609-cu illərdə tikilmiş və 1967-ci ildə Albaniyada kommunist rejimi tərəfindən ölkədəki bir çox digər ibadət yerləri ilə birlikdə dağıdılmış Albaniyanın Bali məscidi 2022-ci ildə yenidən qurulduqdan sonra onu yerli sakinlər “dirçəliş simvolu” adlandırırlar.
kod

 

Xəbərə görə, müasir memarlıq dizaynı ilə inşa edilən məscid ötən ay memarlıq və dizayn sahəsində dünyanın ən böyük platforması olan “ArchDaily”nin təşkil etdiyi beynəlxalq “İlin binası 2025” müsabiqəsində “Dünyanın Ən Gözəl Dini Memarlıq” kateqoriyasında birincilik qazanıb.

Bali məscidi İslam ənənəsini müasir elementlərlə məharətlə birləşdirən, həm ibadət edənlər, həm də ziyarətçilər üçün unikal atmosfer yaradan kreativ dizaynı ilə seçilir.

Albaniya müftisi Əqim Duka məscidin yenidən qurulmasının Albaniyanın tarixi və mənəvi zənginliyinin göstəricisi olduğunu vurğulayıb. O, ümid edir ki, bu iş, daha çox turist cəlb edəcək və ölkənin dini irsinin təbliğinə töhfə verəcək.

Bali məscidinin memarı Commonsense Studio şirkətidir. Məscidin dizaynında Studiya Albaniya şəhərinin tarixi və mədəni fakturasından ilhamlanıb. Məscid, həm keçmişin irsini əks etdirən, həm də gələcəyə baxış təqdim edən bir quruluş kimi diqqət çəkir.

Məscidin ən diqqətçəkən elementi həm hündürlüyü, həm də Albaniyada bu modelin yeganə nümunəsi olan eyvanı və özünəməxsus dekorativ dizaynı ilə digərləri ilə rəqabət aparan minarəsidir.

Bali məscidinin memarlığı ənənəvi İslam memarlığının elementlərini müasir yanaşma ilə birləşdirir. Məscidin çöl hissəsi ağ mərmər və taxta detallarla örtülmüşdür. Bu materiallar məscidə zərif və müasir görkəm verir. Məscidin daxili məkanları geniş və işıqlıdır. Məscidin günbəzi ənənəvi motivlərlə bəzədilib. Divarlarda xəttatlıq nümunələri və həndəsi naxışlardan istifadə edilmişdir.

Bu layihənin dizaynerləri müasir memarlıq elementlərini İslamın mənəvi ənənəsi ilə birləşdirməyə çalışıblar.

Məscidin memarlarından Jurtin Hajro zaman anlayışını quruluşa inteqrasiya etməyi hədəflədiklərini, təbii işığın xüsusilə zamanın axınının göstəricisi kimi istifadə edildiyini bildirir.

4267538

Teqlər: məscid ، albaniya ، İslam ، memarlıq
captcha