Sionist İsrailin Qəzza zolağına hücumları davam edərkən, Pakistanın Kəraçi şəhərində on minlərlə insan Fələstinə dəstək nümayişi keçirib.
İşğalçı İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olan şəhidlərin sayı son 24 saatda 11 nəfər artaraq 50 min 944-ə çatıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozduqdan sonra sionist rejim ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1574 fələstinlinin şəhid olduğu, 4115 fələstinlinin isə yaralandığı bildirilib.