Rusiyanın “Əl-Yəvm” internet saytının verdiyi məlumata görə, BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) verdiyi yazılı açıqlamada, “Qəzzada fələstinlilər bombardman edilərkən və mühasirə altında ac qalarkən, Qəzza sərhədlərində qida, dərman, yanacaq və müvəqqəti sığınacaq materialları toplanır” dedi.
UNRWA, X sosial şəbəkəsində yazıb ki, Qəzzada 2,5 milyondan çox insan mühasirədədir, bombalanma və aclıqla üzləşib.
Bəyanatda yardım axınının davam edə bilməsi üçün sərhəd qapılarının yenidən açılması, Qəzza zolağında atəşkəsin bərpası tələb edilib.
Açıqlamada İsrailin Qəzza zolağındakı sərhəd qapılarını 7 həftədir bağlı saxladığı, humanitar yardım, tibbi və ticarət ləvazimatları, qida, uşaq peyvəndi və yanacağın Qəzzaya daxil olmasına mane olduğu bildirilib.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) aprelin 15-də verdiyi açıqlamada, İsrailin 2 Mart 2023-cü ildən etibarən sərhəd qapılarını bağladığı və sıx blokada tətbiq etdiyi Qəzzada ən pis humanitar vəziyyətin 7 oktyabr 2023-cü ildən bəri yaşandığını bildirib.
4277245