IQNA

Qətərdə tələbələr arasında Quran yarışı

2:13 - May 03, 2025
Xəbər sayı: 3498117
İQNA – Qətər Vəqf və Dini İşlər Nazirliyi ölkədə 61-ci milli tələbə Quran hifzi müsabiqəsinin başladığını elan edib.

“Əl-Ərəb” saytının verdiyi məlumata görə, müsabiqə, Qətərin Təhsil və Ali Təhsil Nazirliyi ilə birgə təşkil olunub və böyük marağa səbəb olub.

Müsabiqədə müxtəlif təhsil səviyyələrində olan 24 000-dən çox oğlan və qız tələbə iştirak edir.

Qətər Dini İnformasiya və İrşad Departamentinin sədr müavini və Müsabiqənin Təşkilat Komitəsinin sədri Şeyx Əbdür-Rəhman ibn Əbdül-Əziz Ali Sani yarışın yerli vaxtla səhər saat 8:30-dan 11:00-a qədər keçirildiyini bildirib.

Qətər Vəqflər və Dini İşlər Nazirliyi müxtəlif bölgələrdən olan iştirakçıların yarışlarını qiymətləndirmək üçün 97 komitə yaradıb. Bu müsabiqələr mayın 8-dək davam edəcək.

Şeyx Əbdür-Rəhman ibn Əbdül-Əziz Ali Sani Quran hifzi nazirliyinin səylərini dəstəkləmək üçün qaliblərə pul mükafatlarının ayrıldığını bildirdi.

Nazirlik kişilər üçün Dohadakı Məhəmməd İbn Əbdül-Vahhab məscidi və qız tələbələr üçün ölkə üzrə 12 Quran mərkəzi də daxil olmaqla 4 əsas məscid təyin edib.

4279463

captcha