“İQNA”-nın “Əl-Məsirə”yə istinadən verdiyi xəbərə görə, Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşət müdafiə naziri, ordunun baş qərargah rəisi və hərbi komandirlərlə görüşündə elan edib: “Uca Allahın lütfü ilə Yəmənə təcavüzün ilk mərhələsini zərərsizləşdirə bildik”. ABŞ qüvvələrinin hərbi kəşfiyyatı Yəmən ordusu üçün aydındır. Bu həftə “Truman” təyyarədaşıyan gəmisinə dəqiq hücum və onun göyərtəsindən F-18-in vurulması ifadələrimizin doğruluğunun bariz sübutudur.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri qeyd edib: “Biz amerikalıları bəzi hərəkətləri ilə bağlı dolayı üsullarla dəfələrlə xəbərdar etmişik, lakin onlar sionistlərin həyatı onlar üçün əhəmiyyət kəsb etmədiyi üçün əhəmiyyət vermədilər. Buna görə də onlar bizim xəbərdarlıqlarımıza məhəl qoymadılar və öz müdafiə sistemlərinin bizim hücumlarımızın qarşısını ala biləcəyinə inandılar. Allahın bizə ən şərəfli döyüşdə iştirak etməyi nəsib etməsi bizim üçün böyük şərəfdir”.
Yəmənin Ali Siyasi Şurasının rəhbəri Yəmən qüvvələrinə müraciət edərək qeyd edib: “Bütün rəsmi qurumlar sizinlədir. Yəmən xalqı sizi dəstəkləyir. Allah bizimlədir və qələbə yalnız Ondandır”.
O əlavə edib: “Qəsb edən sionistlər heç bir şəkildə Amerika hökumətinə və Netanyahunun kabinetinə etibar etməməlidirlər. Qəzzada müharibə bitməyincə və mühasirə götürülməyincə, işğal olunmuş ərazilərə zərbələrimiz dayanmayacaq. Qəzzada müharibə dayanmasa, biz daha sərt variantlara əl atacağıq. Hələ də gec deyil və sionistlər Fələstini tərk edib gəldikləri ölkələrə qayıda bilərlər”.
4280313