IQNA

Qolani rejiminə bağlı ünsürlər Livanda məscidi yandırıblar

10:27 - May 11, 2025
Xəbər sayı: 3498163
İQNA - Qolani rejiminə bağlı naməlum şəxslər Livanda “Coş əl-Seyyid” məscidini yandırdıqdan sonra Suriyaya qaçıblar.

“İQNA”-nın “Əl-Nahar”-a istinadən verdiyi xəbərə görə, fəallar cümə günü səhər tezdən Livanın şərqindəki Hermel bölgəsində Suriya ilə sərhəddə yerləşən Huş əs-Seyyid Əli qəsəbəsində naməlum silahlıların məscidi yandırdığını əks etdirən video yayımlayıblar.

Hücum nəticəsində məscidə, o cümlədən ibadət zalının böyük hissələrinə və daxili obyektlərə böyük ziyan dəyib.

Ötən mart ayında Livan-Suriya sərhədində yerləşən Huş əl-Seyyid Əli Livan ordusu ilə Suriya qüvvələri, eləcə də Heyət Təhrir əl-Şamla əlaqəsi olduğu güman edilən silahlı qruplar arasında şiddətli toqquşmaların şahidi olub.

 

 

آتش زدن مسجدی در لبنان توسط عناصر وابسته به رژیم جولانی + عکس

آتش زدن مسجدی در لبنان توسط عناصر وابسته به رژیم جولانی + عکس

آتش زدن مسجدی در لبنان توسط عناصر وابسته به رژیم جولانی + عکس

آتش زدن مسجدی در لبنان توسط عناصر وابسته به رژیم جولانی + عکس

4281620

Teqlər: livan ، məscid ، yandırmaq ، suriya
captcha