IQNA

Misirdə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

1:20 - May 12, 2025
Xəbər sayı: 3498168
İQNA – Misirin Vəqf naziri 32-ci Beynəlxalq Quran Müsabiqəsinin bu ilin dekabr ayında keçiriləcəyini açıqlayıb.

Darul-Maarif saytının verdiyi xəbərə görə, bu tədbirdə İslam dünyasında cazibədar və təsirli qiraətləri ilə tanınan misirli qiraətçilər yad ediləcək.

Bundan əlavə, builki müsabiqədə əlillər və Quran təmayüllü ailələr üçün xüsusi kateqoriyalar yer alacaq.

Qeyd edək ki, 26-cı Misir Beynəlxalq Quran Müsabiqəsi Şeyx Mahmud Xəlil Əl-Husari adına, 27-cisi isə Əbdül-Basit Əbdüs-Səmədin adına keçirilib.

Bu yarışlar Misirin böyük Quran qari və hafizlərinin xatirəsinə və adlarına ehtiram göstərmək məqsədilə təşkil olunub.

4281543

captcha