IQNA

Beyrut Kitab Sərgisində İmam Musa Sədr haqqında kitabın təqdimatı

10:21 - May 18, 2025
Xəbər sayı: 3498201
İQNA - Beyrut Kitab Sərgisi ölkənin baş nazirinin iştirakı ilə açılıb, həmçinin İmam Musa Sədr mövzusunda olan kitabın da təqdimatı olub.

“İQNA”-nın verdiyi məlumata görə, Beyrut Beynəlxalq Kitab Sərgisi mayın 15-i cümə axşamı günü Livanın baş naziri Nəvaf Salamın iştirakı ilə açılıb.

Sərginin açılışı ilə eyni vaxtda “Vətən belə yaşayar” kitabının təqdimatı olub. Bu kitab, İmam Musa Sədrin 1975-ci ildə Livan vətəndaş müharibəsi zamanı aclıq aksiyasının tarixi hesabatını izah edən kitabdır.

İmam Musa Sədr qarşıdurmalara son qoymaq və milli barışığa çağırış məqsədi ilə Amiliya Təhsil Kompleksində yerləşən Səfa məscidində aclıq aksiyasına başlayıb.

Kitabın təqdimat mərasimi Livanın tanınmış din, mədəniyyət və akademik xadimlərinin iştirakı ilə keçirilib.

4283049

captcha