IQNA

Misirdə uşaqlar üçün yay kursları başlayıb

10:52 - May 24, 2025
Xəbər sayı: 3498235
İQNA - Misir Vəqflər Nazirliyinin sözçüsü bildirib ki, ölkədəki məscidlərin yay proqramı bir milyon uşağı cəlb etmək məqsədi daşıyır.

“Əl-Dəstur” saytının verdiyi məlumata görə, Misir Vəqflər Nazirliyinin sözçüsü Usamə Raslan, nazirliyin yay aylarında bir milyon misirli uşağın Quranı əzbərləməsi və məscidlərdə dini dərslər alması üçün işlərə başladığını bildirib.

Misirin “Nile News” kanalına danışan Məhəmməd ibn Salman məscidlərdə yay Quran proqramının mayın 5-də başladığını və sentyabrın 30-na qədər davam edəcəyini bildirib.

Raslan bu proqramların Misirin müxtəlif əyalətlərində bir milyon misirli uşaq arasında məlumatlılığın artırılması məqsədi ilə yay aylarında həyata keçiriləcəyini bildirib.

Vəqflər Nazirliyinin sözçüsü bu proqramların ölkə üzrə təxminən 22 min məsciddə təşkil ediləcəyini və kursların hər bazar ertəsi və çərşənbə günləri ikindi namazından sonra təşkil ediləcəyini bildirib.

Üsamə Raslan yay proqramlarında dini kurslar, Quran hifzi, Quran məfhumları və hədis izahlarının verildiyini və bu yolla yeni nəsildə dini və milli dəyərlərin, qardaşlıq sevgisinin güclənəcəyini bildirib.

4283642

Teqlər: misir ، uşaq ، quran ، kurs
captcha