IQNA

Omanda keçirilən 33-cü Milli Quran Müsabiqəsinə maraq böyükdür

16:41 - May 27, 2025
Xəbər sayı: 3498256
İQNA - Omanda keçirilən 33-cü Milli Sultan Qabus Quran Müsabiqəsinə qeydiyyat ilk həftələrdən müxtəlif yaş qruplarından olan iştirakçıların böyük marağına səbəb olub.

“Oman Əl-Yəvm” saytının verdiyi xəbərə görə, Sultan Qabus Yüksək Mədəniyyət və Elm Mərkəzi bu yarışlara qeydiyyatın "www.quran.gov.om" internet saytı vasitəsilə mayın 3-də başladığını və qeydiyyatın iyulun 17-dək davam edəcəyini açıqlayıb.

Bu Quran tədbirində Omanın müxtəlif əyalətlərindən fərqli yaş qruplarından olan yarışçılar iştirak edəcəklər.

Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçiriləcək: Quranı tam əzbərləmək, 2000-ci il və sonra doğulanlar üçün 24 cüz, 18 cüz və 12 cüz əzbərləmək, 2011-ci il və sonra doğulanlar üçün 6 cüz, 2015-ci il və sonra doğulanlar üçün 4 cüz, 21-ci və sonra doğulanlar üçün 2 cüz əzbərləmək.

Sultan Qabus Milli Quran Müsabiqəsi ilk dəfə 1991-ci ildə keçirilib və Quran əzbərəməyi təşviq etmək, Quran təlimləri yolunda irəliləmək və yaxşı Quran nəsli yetişdirmək məqsədi ilə təşkil olunub.

Bundan əlavə, bu müsabiqə istedadlı Quran qarilərini üzə çıxarmaqla Omanın beynəlxalq Quran yarışlarında iştirakını gücləndirmək məqsədi daşıyır.

4284765

Teqlər: oman ، quran ، müsabiqə ، qeydiyyat
captcha