IQNA

Dubayın nəfis Quranı Əhməd Tayyibə hədiyyə edildi

8:15 - May 31, 2025
Xəbər sayı: 3498275
İQNA - Dubay Media Fondu Əl-Əzhərin rektoruna Məhəmməd ibn Rəşid Quran Çap Mərkəzi tərəfindən hazırlanmış nəfis Qurani-Kərim nüsxəsini hədiyyə edərək onu şərəfləndirdi.

“Əl-Bəyan” saytının verdiyi xəbərinə görə, Dubayda keçirilən 2025-ci il Ərəb Media Sammiti çərçivəsində tədbirlər təşkil edilib.

Bu çərçivədə Dubay Media Fondu Əl-Əzhərin rektoru və Müsəlman Alimlər Şurasının sədri Əhməd Əl-Tayyibi mükafatlandırıb.

Mərasimdə Dubay Media Fondunun baş icraçı direktoru Məhəmməd Əl-Mulla fond adından bu Qurani-Kərimi ona təqdim edib.

Bu hədiyyə Əl-Əzhərin rektoruna Dubay Sammitinin strateji media dəstəkçisi roluna və ərəb dünyasında dini mötədilliyi və maarifçi düşüncəni yaymaq səylərinə görə təqdim edilib.

Ərəb Media Sammiti mayın 26-da bazar ertəsi başlayıb, mayın 28-də başa çatıb.

Zirvə toplantısında BƏƏ daxilindən və xaricdən 8 minə yaxın media fəalı iştirak edib.

4285112

Teqlər: dubay ، quran ، hədiyyə ، nəfis nüsxə
captcha