IQNA

Əlcəzairin milli irsi, qədim əlyazmalar

8:46 - May 31, 2025
Xəbər sayı: 3498279
İQNA – Əlcəzairin Konstantin şəhərindən olan əlyazmalar, tarixi, mədəni və elmi əhəmiyyəti olan milli kimlik sənədi hesab olunur.

“Əl-Nəsr” saytının verdiyi məlumata görə, qədim əlyazmalar Əlcəzairin Konstantin şəhərində qədim ailələrin irsinin bir hissəsidir. Bu əlyazmalar, tarixi, mədəni və elmi əhəmiyyətə malik milli şəxsiyyət sənədidir və hərracdan kənar qiymətə satıla bilməyən sərvətlərdir.

Şəhərin böyük alimlərinə məxsus olan və onların ailələrindən miras qalmış bu qədim əlyazmalar maddi və mənəvi irsin məhv olmaqdan və oğurluqdan qorunmasına çarə tapacağı ümidi ilə universitet kitabxanalarına hədiyyə edilmişdir.

Kitabxanaların və digər qurumların arxivlərində saxlanılan əlyazmaların bir qismi böyük əhəmiyyət kəsb edir və tarixi quruculuq işləri zamanı aşkar edilmişdir.

Tarix qədər qədim əlyazmalar

Dünyanın bir çox ölkələrində əlyazmalar müxtəlif sivilizasiyaların irsinin mühüm tərkib hissəsidir və əlyazmalar mütərəqqi düşüncə nöqteyi-nəzərindən dünyanın böyüklüyünə və yüksək statusuna şahidlik etdiyi həmin sivilizasiyanın bəhrəsidir.

Konstantin şəhəri Sirtdə 14 əsrdən çox yaşı olan mühüm əlyazmalar var. Bu əlyazmalar tibb, incəsənət, fiqh, ərəb qrammatikası, Quran təfsiri və dini əlyazmalar kimi müxtəlif mövzulardadır və məscidlərin, universitetlərin, mədəniyyət və tədqiqat müəssisələrinin rəflərində yerləşir.

Bu kitablar onilliklər ərzində ya ianə, ya da miras yolu ilə ailələrdən alınaraq qorunub saxlanılıb.

Əmir Abdulkadir Universitetində yazılı irs

Əmir Əbdül-Qadir Humanitar Elmlər Universitetinin kitabxanası 1984-cü ildə yaradılıb və kitabxanaya bağışlanmış müxtəlif elm və ixtisaslar üzrə 100-ə yaxın əlyazmanı ehtiva edir.

Universitet həmçinin 2011-ci ilin dekabrında əlyazmaların arxivləşdirilməsi və rəqəmsallaşdırılması üçün laboratoriya yaradıb.

Kitabxananın zirzəmisində işıq, havalandırma və rütubət daxil olmaqla əlyazmaların ən yaxşı şəkildə mühafizəsi və saxlanması üçün beynəlxalq səviyyədə tanınmış şərait var və zədələnmənin qarşısını almaq üçün dəmir rəflərə yerləşdirilən 1082 cilddən çox əlyazma nüsxəsi var.

Kitabxananın laboratoriyasında saxlanılan bu əlyazmalar fəlsəfə, tibb, tarix, ərəb dili və ədəbiyyatı, şeir və mədəniyyət, Maliki fiqhi, hədislər və Peyğəmbərin (s) həyatına dair məlumatları əhatə edir.

Əmir Əbdü-Qadir Universitetinin kitabxanasındakı bütün əlyazmalar görkəmli Əlcəzair alimlərinin ailələrinin ianəsidir. Onlardan bəziləri Əlcəzair Müsəlman Alimləri Assosiasiyasının üzvü Şeyx Nəim əl-Nəiminin şəxsi kitabxanasından hədiyyə edilib.

Digərləri Şeyx Məhəmməd Xəruddinin kitabxanasından, Şeyx Məhəmməd Əl-Tahir Təlilinin kitabxanasından və Şeyx Hüseyn Bəsidinin kitabxanasından idi.

Kitabxana müdiri izah etdi ki, kitabxanadakı bir çox əlyazma arxivləri məxfidir və onların qapıları tədqiqatçılar və mədəni irslə maraqlananlar üçün açıq deyil.

Bəzi ailələr elmi və dini əhəmiyyətinə baxmayaraq əlyazmaları paylaşmaqdan çəkinirlər. Əlyazmaları aidiyyatı qurumlara pulsuz verməkdənsə, onları nəmə və həşəratlara məruz qalacaqları kağız qutularda qoymağa üstünlük verirlər.

Kitabxananın əməkdaşlarından Adil Səid Tumi, kitabxananın laboratoriyasında nadir və qiymətli əlyazmaların zəngin kolleksiyasına malik olduğunu vurğuladı ki, virtual kitabxana vasitəsilə tədqiqatçılar, tarix fakültəsi tələbələri və bu qədim irsə dəyər verənlər əldə edə bilərlər.

Laboratoriya əməkdaşlarının əlyazmaların kataloqlaşdırılması və tədqiqinə xüsusi önəm verdiklərini və bu irsin gələcək nəsillərə çatdırılması, yaşadılması istiqamətində çalışdıqlarını bildirib.

Əlyazmaların kataloqlaşdırılması həm ənənəvi, həm də rəqəmsal vasitələrlə həyata keçirilir və əsərin qiymətləndirilməsinin bütün elementlərini, yəni əlyazmanın adı, müəllifin adı, müəllifin vəfat ili, onu köçürən şəxsin adı, surətinin çıxarılma tarixi, kitabın səhifələrinin sayı və s.-ni özündə əks etdirən Devey kataloqlaşdırmasına əsaslanır.

Əlyazmaların kataloqlaşdırılması ilə bağlı problemlər

Kataloqlaşdırma prosesində işçilərin üzləşdiyi ən mühüm problemin əlyazma tarixinin müəyyən edilməsinin çətinliyi olduğunu bildirən rəsmi, “Bu problem əksər sənədlərin əskik olması, rütubətdən zədələnməsi və ya aydın olmamasından irəli gəlir” dedi.

Qurum rəsmisi onu da izah edib ki, əlyazmaların rəqəmsallaşdırılmasında məqsəd əlyazmaya xələl gətirmədən tədqiqatçı və ustadların işini asanlaşdırmaq, çoxlu sayda tədqiqatçılara məlumat vermək, mədəni irsi qoruyub saxlamaqla yanaşı təbliğ etmək, xüsusilə gənclər arasında mədəni maarifləndirməni inkişaf etdirmək və bu informasiya mənbəyinə marağı artırmaqdır.

Bu kitabxanadakı əlyazmalar nadirliyi və dəyərliliyi ilə Əlcəzairin daxilində və xaricində olan bir çox tədqiqatçının diqqətini çəkir.

Qiraət mərkəzində 50 əlyazma tapılıb

Şeyx Əbdül-Həmid ibn Bədis Oxu Mərkəzində universitetin kitabxanasından əlavə, 7 əsrdən çox keçmişə aid 50-yə yaxın əlyazma da var. Bu əlyazmalar şüşə qutularda saxlanılır və çox nadir və qiymətlidir.

Menturi Universitetinin Kitabxanasında nadir sənədlər

Konstantindəki Menturi Universitetinin Kitabxanasında ərəb ədəbiyyatı, dinlər və s. kimi müxtəlif mövzularda hədiyyə edilmiş 18 əlyazma var.

Bu kataloqlanmış əlyazmalar arasında “Əl-Cəvahirul-Həsən fi Təfsiril-Quran”, “Runakut-Təfsir”, “Əl-Mizan” kimi kitablar var.

Kitabxananın direktoru Osman Bəlgit bildirdi ki, tədqiqatçıların bu əlyazmalara maraq göstərmələrinin səbəbi onların elmi və bədii dəyəri olmasıdır.

O, həmçinin bildirib ki, bu əlyazmalar Əlcəzairin milli irsinin mühüm bir hissəsidir və onları qoruyub saxlamaq milli kimliyi qoruyub saxlamaq deməkdir.

4282023

Teqlər: əlcəzair
captcha