IQNA

İsrail Qəzzada dializ mərkəzini söküb

4:47 - June 04, 2025
Xəbər sayı: 3498302
İQNA - İsrailin hücumları nəticəsində Qəzzanın şimalında yerləşən Nura əl-Kəbi Dializ Mərkəzi tamamilə məhv edilib. Səhiyyə Nazirliyi böyrək xəstələrinin həyatının ciddi risk altında olduğunu açıqlayıb.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi, İsrail ordusunun hücumu nəticəsində Qəzzanın şimalındakı Nura əl-Kəbi Dializ Mərkəzinin tamamilə məhv edildiyini açıqlayıb. Mərkəzin dağıdılması bölgədə müalicəyə ehtiyacı olan böyrək xəstələrini böyük sağlamlıq fəlakətinin astanasına gətirib.

Bəyanatda Nura əl-Kəbi Dializ Mərkəzinin dağıdılmasının böyrək xəstələrini gözlənilməz nəticələrə gətirib çıxaran fəlakətə sürüklədiyi vurğulanıb və böyrək xəstələrinin 41 faizinin müharibə zamanı dializ mərkəzlərinə çıxışının qadağan edilməsi və bu mərkəzlərin dağıdılması səbəbindən dünyasını dəyişdiyi vurğulanıb.

Mayın 28-də Qəzzadakı hökumət media ofisindən verilən açıqlamada, 2023-cü il oktyabrın 7-dən bu yana böyrək xəstəliyindən əziyyət çəkən 26 nəfərin lazımi tibbi yardım və qida çatışmazlığı səbəbindən həyatını itirdiyi qeyd edilib.

4286003

captcha