IQNA

Məşhur italyan məşqçinin uşaq öldürən İsrail rejiminə mesajı

6:06 - June 08, 2025
Xəbər sayı: 3498325
İQNA - İtaliya milli komandasının keçmiş baş məşqçisi videomüraciətində sionist rejimin hücumlarını və fələstinli uşaqların öldürülməsini pisləyib.

 

“İQNA”-nın “Əl-Qüds Əl-Ərəbi”-yə istinadən verdiyi xəbərə görə, bir-birinin ardınca dünyanın məşhur idmançıları və məşqçiləri işğalçı rejimin cinayətlərini pisləmək üçün müdafiəsiz Qəzza əhalisinin arxasında dururlar.

İtaliya və Səudiyyə Ərəbistanı milli komandalarının keçmiş baş məşqçisi Roberto Mançini, İsrail rejiminin fələstinli uşaqların soyqırımı və öldürülməsinə cavab olaraq Qəzzaya edilən hücumları pisləyən video yayımlayaraq, Qəzzada müharibənin tezliklə sona çatmasını ümid edirəm dedi. Siz bu münaqişə ilə heç bir əlaqəsi olmayan mülki şəxsləri, ailələri, uşaqları hədəf almağa davam edə bilməzsiniz.

O, videoda sözünə belə davam edib: “Heç bir məsələ bu əzabı məqbul edə bilməz. Müharibə heç vaxt həll yolu deyil. Müharibələr heç vaxt həll yolu ola bilməz. Zamanla günahsız insanlar ən ağır bədəli ödəyirlər”.

kod

4286954

captcha