IQNA

Livanlı yaralılar Ayətullah Sistani ilə görüşüb

11:47 - June 09, 2025
Xəbər sayı: 3498331
İQNA -Yaralı livanlı peycerlər Ayətullah Sistani ilə görüşüblər.

“İQNA”-nın “Əl-Sumaria News”-a istinadən verdiyi məlumata görə, sionist rejimin Livana təcavüzü nəticəsində yaralanan və zərərgörmüş bir neçə şəxs, o cümlədən peycerin partlaması nəticəsində yaralananlar bazar günü Ayətullahul-üzma Seyid Əli Sistanini ilə görüşüblər.

Bu görüşün yayımlanan görüntülərində peycer partlaması nəticəsində yaralanmış livanlı uşaq Hüseyn Zeyn əl-Dinə Ayətullah Sistani üzük hədiyyə edib.

Ayətullah Sistani bundan əvvəl minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan peycer partlayışlarını pisləyən bəyanat verərək bunu “barbar təcavüz” kimi qiymətləndirmişdi.

4287246

captcha