“Mab Express” saytının məlumatına görə, ölkənin müxtəlif bölgələrindən 11 oğlan və 3 qız olmaqla ümumilikdə 14 namizəd üç kateqoriya üzrə yarışıb.
Müsabiqə Fondun filialının alim və hüquqşünaslardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin məqsədi gənc Afrika müsəlmanlarını Quranı əzbərləməyə və oxumağa təşviq etməkdir.
Fil Dişi Sahili 6-cı Məhəmməd Afrika Din Alimləri Fondunun prezidenti Şeyx Mustafa Sunta çıxışında müsabiqənin əhəmiyyətini vurğulayaraq, məqsədinin gəncləri Qurani-Kərimi oxumağa, onu əzbərləməyə, İslam elmləri və təlimlərinə maraq göstərməyə təşviq etmək olduğunu açıqlayıb.
Sunta söhbətində “Mərakeşin rəhbərlik etdiyi bu cür unikal təşəbbüslər Quran hafizlərinin sayının artmasına və bununla da krallığın Afrika və dünyadaki mövqeyinin möhkəmlənməsinə kömək etdi” dedi.
Yarış 48 Afrika ölkəsi arasında keçirilir və final mərhələsi Mərakeşdə keçiriləcək.
6-cı Məhəmməd Afrika Din Alimləri Fondu mayın 1-dən iyunun 8-dək öz filiallarında altıncı Quran hifzi, qiraəti və təcvid müsabiqəsinin ilkin mərhələlərinə start verdi.
4287707