IQNA

Sionist rejimin yüksək rütbəli yəmənli komandirə sui-qəsdi

4:19 - June 15, 2025
Xəbər sayı: 3498362
İQNA - İsrail rejimi Yəmənin yüksək rütbəli hərbi komandirinə qarşı sui-qəsd əməliyyatı həyata keçirdiyini iddia edib. Yəmən Ənsarullahının liderlərindən olan Abdullah əl-Husi bu əməliyyatda Təl-Əvivin müvəffəq ola bilmədiyini bildirib.

“İQNA”-ya görə; Ənsarullahın yüksək rütbəli rəsmiləri sionist rejimin Sənada Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə qarşı sui-qəsd əməliyyatının uğursuzluğunu elan ediblər.

İsrail mediası Yəmən ordusunun baş qərargahının komandiri Məhəmməd Əl-Qəmmarini Sənada qətlə yetirdiklərini iddia edib.

“Axios” xəbər saytını da sui-qəsd cəhdi xəbərini dərc edib, lakin sui-qəsdin uğurlu olduğunu hələ təsdiqləməyib.

Bu xəbər saytının müxbiri Barak Ravid də elan edib ki, sionist mənbələr İsrail rejiminin bu gecəki hava hücumları zamanı yüksək rütbəli yəmənli hərbi komandiri hədəf almağa və onu öldürməyə cəhd etdiyini açıqlayıb.

Bununla bağlı İsrail telekanalı 14 daha ətraflı məlumat yayıb və iddia edib: “İsrail iki hava hücumu ilə Yəmən Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Qəmmarinin və digər dörd yəmənli komandirin də iştirak etdiyi Səna şəhərindəki bir evdə Yəmən komandirlərinin iclasını hədəf alıb.

Lakin Yəmənin Ənsarullah hərəkatının liderlərindən olan Abdullah əl-Husi özünün “X” səhifəsində mesaj yayımlayaraq, İsrailin Məhəmməd əl-Qəmmariyə qarşı sui-qəsd əməliyyatının uğursuzluğunu elan edib.

4288637

captcha