“İQNA”-nın “Əl-Məyadin”ə istinadən verdiyi məlumata görə, Dünya Müsəlman Alimləri Birliyinin keçmiş rəhbəri Əhməd Əl-Rəysuni elan edib: “Sionist rejimin təcavüzü ilə mübarizədə müsəlmanların İrana dəstək vermələri vacibdir”.
Əl-Rəysuni əlavə edib: “Saxta İsrail rejimi qurulandan bəri heç bir ölkə Fələstinə dəstəkdə İran hökuməti qədər sədaqət və fədakarlıq göstərməyib”.
Əl-Rəysuni deyib: “Nə ərəb, nə də islam ölkələri, istər fərdi, istərsə də kollektiv şəkildə İranın Fələstin məsələsinə etdiyi qədər xidmət göstərməyib.
Mərakeşli alim və sünni alimləri arasında tanınmış simalardan olan Əhməd Əl-Rəysuni Yusif Əl-Qaradavinin ölümündən sonra Dünya Müsəlman Alimləri Birliyinin sədrliyinə keçib.
Ümumdünya Müsəlman Alimlər Birliyi Fələstin məsələsində həmişə qəti mövqe nümayiş etdirib və İsrailin rəsmi şəkildə tanınmasını bütün müsəlmanlar üçün qəbuledilməz xəyanət hesab edib.
4288990