IQNA

ABŞ və Sionist rejimə xəbərdarlıq;

Atəşkəsi pozsanız, cavab daha sarsıdıcı olacaq

12:36 - June 26, 2025
Xəbər sayı: 3498421
İQNA - Xatəmul-Ənbiyə (s) Mərkəzi Qərargahının sözçüsü dedi: “ABŞ və Sionist rejimi İslam mücahidlərinin işğal olunmuş torpaqlarda və Əl-Üdeyd bazasında endirdiyi sarsıdıcı zərbələrdən ibrət almalıdır”.

“İQNA”-nın məlumatına görə, Xatəmul-Ənbiyə (s) Mərkəzi Qərargahının sözçüsü, ikinci dərəcəli Pasdar polkovniki İbrahim Zülfüqari yayımladığı bir bəyanatda, Sionist rejim və ABŞ tərəfindən atəşkəsin pozulması ilə bağlı xəbərdarlıq edib.

Bəyanatın tam mətni belədir:

"İnna fətəhna ləkə fəthən mubina”

(Doğrusu Biz sənə açıq-aşkar bir qələbə bəxş etdik)

Çarəsiz qalan Sionist rejim, Netanyahunun və cinayətkar Trampın əsassız və yalan iddiaları ilə yalan danışmağa adət etmişdir. Bu təcavüzkar rejim öz pilotsuz uçuş aparatları ilə ölkənin hava sərhədlərini pozmuş və bu gün səhərdən indiyə qədər ölkənin bəzi nöqtələrinə hücum etmişdir.

İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri, ABŞ və Sionist rejimin cinayətkar rəhbərlərinin saxta və yalançı təminatlarına tam etimadsızlıq göstərərək, düşmənin istənilən təcavüzünə qarşı mübarizə aparmaq üçün yüz faiz hazırlıqlı və barmaqları tətiyin üzərindədir.

ABŞ və Sionist rejimə xəbərdarlıq edirik: “İslamın şücaətli mücahidlərinin işğal olunmuş torpaqların şimalından cənubuna qədər və Əl-Üdeyd bazasında endirdiyi sarsıdıcı zərbələrdən ibrət alsınlar; əks halda, (Allahın izni ilə) daha geniş hədəflərlə, daha sarsıdıcı cavab alacaqlar.

4290706

captcha