IQNA

Almaniyanın Göttingen şəhərində İmam Hüseyn (ə) üçün əzadarlıq çadırı qurulub

13:10 - June 29, 2025
Xəbər sayı: 3498434
İQNA - Məhərrəm ayının başlaması ilə Göttingen şəhərində İmam Hüseyn (ə) üçün əzadarlıq mərasimi keçirilir.

“Əl-Kəfil” kanalının xəbərinə görə, Avropadakı Həzrət Abbas (ə) hərəminin nümayəndəsi, bu mərasimlərin Almaniyanın Göttingen şəhərində İmam Hüseynin (ə) şəhadət günü münasibəti ilə keçiriləcəyini və Məhərrəm ayının 10-na qədər davam edəcəyini bildirib.

Əzadarlıq mərasimi proqramlarına Quran tilavəti, İmam Hüseyn (ə) üçün mərsiyə və şerilərin oxunması, camaat namazının qılınması daxildir.

Həzrət Abbas (ə) hərəminin nümayəndəsi onu da əlavə edib ki, Məhərrəm ayının ilk ongünlüyünün gecələrində alman dilində dini çıxışlar olacaq.

4291451

captcha