IQNA

Milli həmrəylik və Müqavimət Cəbhəsinin qloballaşması 12 günlük məcburi müharibənin iki bəhrəsi

2:41 - July 14, 2025
Xəbər sayı: 3498519
İQNA – İran İslam Respublikası Müqavimət Cəbhəsinin əsas ölkələrindən biri kimi müxtəlif sahələrdə böyük təsirlərə malik olmuşdur. Elə bu səbəbdəndir ki, sionist rejimin Amerikanın dəstəyi və yardımı ilə həyata keçirdiyi hücuma qarşı canla-başla müdafiə göstərərək, öz mədəni mövqeyinə əsaslanmaqla bu gün həm İran xalqının milli həmrəyliyinə, həm də Müqavimət Cəbhəsinin qlobal hal almasına şahidlik edirik.

Mədəni və beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehdi Rza “Milli həmrəylik və Müqavimət Cəbhəsinin qloballaşması 12 günlük məcburi müharibənin iki bəhrəsi” adlı bir yazı hazırlamışdır ki, aşağıda təqdim olunur:

İran İslam Respublikasının Müqavimət Cəbhəsinin formalaşmasında rolu və mədəni mövqeyi olduqca mühüm və açar xarakterlidir. İran bu cəbhənin əsas ölkələrindən biri kimi müxtəlif sahələrdə ciddi təsir göstərmişdir. Bu gün sionist rejimin Amerika rejiminin dəstəyi və yardımı ilə həyata keçirdiyi hücumlara qarşı canla-başla müdafiə göstərərək, bu mədəni mövqeyə əsaslanmaqla İran xalqının milli həmrəyliyinə və Müqavimət Cəbhəsinin qlobal hal almasına şahidlik edirik. ABŞ və Avropada baş verən genişmiqyaslı etirazlar – ABŞ və Qərbin müsəlmanların Fələstində soyqırımına və İran İslam Respublikasına qarşı vəhşicəsinə hücumlara verdiyi dəstəyə qarşı çıxmaları bu qlobal hal almasının bariz nümunəsidir.

Müqavimət diskursu mədəniyyət və mənəviyyat, ağıl və məzlumlara dəstək əsasında qurulmuşdur. Bu diskurs təkcə İran xalqı üçün deyil, dünyada zülm altında olan xalqlar üçün də yeni bir dövrün əsasını qoymuşdur. İslam İnqilabının və Müqəddəs Müdafiənin həyatverici təlimləri Livan, Fələstin, Suriya, İraq, Yəmən və Əfqanıstan xalqlarına ötürülmüş və müqavimət cəbhəsini formalaşdırmışdır. Sionist rejimin müxtəlif müharibələrdə məğlubiyyəti və Yəməndə Ənsarullahın qələbəsi bu müqavimət oxunun nəticəsidir və Əfqanıstanda müqavimətin nəticəsi ABŞ-ın bu ölkədən qaçması ilə nəticələndi.

İslam İranının zəngin sivilizasiya keçmişi bir tərəfdən, digər tərəfdən Qərbin nüfuzuna və Amerika ilə sionistlərin müstəmləkəçi siyasətlərinə qarşı müqavimət oxunun formalaşması dövründə Ali Rəhbərin dəvətçi və istiqamətləndirici rəhbərliyi, eləcə də İran İslam Respublikasının qabaqcıl mədəni diplomatiyası və İslam İnqilabı Cəmiyyətinin diskursunu təqdim etməsi yeni qlobal nizamın formalaşmasında və müqavimət oxunun sivilizasiya ideyasına əsaslanan qloballaşmasında mühüm rol oynamışdır.

Müqavimət oxu əvvəlcə sırf siyasi və ictimai bir anlayış kimi və Qərbin və İsrailin Yaxın Şərqdəki nüfuzuna qarşı çıxmaq məqsədilə meydana gəldi və tədricən, ABŞ və İsrailin bölgədə və dünyada amansız siyasət və əməllərinin artması ilə dünya xalqlarının ictimai fikrinə nüfuz etdi. İndi İran İslamının sivilizasiya rəhbərliyi ilə müqavimət oxunun böyük nailiyyətləri sayəsində bu mühüm və təsirli qlobal hərəkatın ədalətsevər və ideoloji baxımdan genişlənməsinin şahidi oluruq. Bu gün İran İslam Respublikasının sivilizasiya mövqeyinin müqavimət oxundakı təsirli və əhəmiyyətli tərəflərinə diqqət yetirmək tədqiqatçılar və dərindən düşünənlər qarşısında vacib bir zərurət kimi durur.

İran dünyanın ən qədim sivilizasiyalarından biri kimi, bəşər tarixində və mədəniyyətində xüsusi yerə malikdir. Bu ölkə minilliklər boyu mədəniyyət, elm və incəsənətin beşiyi kimi tanınır.

İran sivilizasiyası yazı, riyaziyyat və astronomiya kimi ixtiralarla digər sivilizasiyalara dərin təsirlər göstərmişdir. Firdovsinin "Şahnamə"si və Hafizin divanı kimi böyük əsərlərlə fars ədəbiyyatı dünya ədəbiyyatının xəzinələrindən biri kimi tanınır. İran İslam Respublikası həmçinin tarix boyu Şərq və Qərb arasında mədəni və ticarət əlaqələrinin körpüsü rolunu oynamış və bu səbəblə müqavimət hərəkatının sivilizasiya mərkəzi kimi çıxış edir.

İran İslam Respublikası öz zəngin tarixi və mədəniyyəti ilə qlobal siyasi, iqtisadi və mədəni sahələrdə mühüm bir oyunçu kimi çıxış edir. Sionist rejim və ABŞ tərəfindən aparılan 12 günlük müharibənin İran üçün əldə etdiyi nəticələrdən biri milli birlik, həmrəylik və milli vəhdət idi. Müharibələr adətən dağıdıcı və zərərlidir, lakin bu müharibə İran xalqına öz imkan və potensiallarını dünyaya göstərmək fürsəti verdi. Çətin iqtisadi şəraitə və mövcud narazılıqlara baxmayaraq, İran xalqı misilsiz həmrəylik və birliklə gücünü nümayiş etdirdi və bu birlik düşmənlərə İran xalqının gücünü göstərdi.

İranda ictimai dözümlülük vətənin müdafiəsi üzərində qurulmuşdur və bu, ani bir hadisə deyil, əksinə minilliklərə söykənən mədəni, dini və kimlik inancından qaynaqlanan bir tarixi təmələ malikdir. Bu, İsraildə qurulmuş süni bir cəmiyyətlə, hansı ki heç cür ona “xalq” adı vermək olmaz, müqayisə oluna bilməz. Bu potensial, İranın qədim tarixində müxtəlif müharibələrin çətin dövrlərini aşmaqda ən mühüm amil olmuşdur.

Amerika və İsrail düşünürdü ki, idrak müharibəsi ilə daxildən təzyiq şəraiti yarada biliblər. Lakin müharibənin üçüncü günündən bu təsəvvür əks reaksiya ilə əvəz olundu. Düşmən başa düşdü ki, hərbi müharibə nəinki milli birliyi zəiflətməyib, əksinə İran cəmiyyətində ictimai həmrəyliyin hərəkətverici mühərrikinə çevrilmişdir.

4292957

captcha