IQNA

Əhməd Ukkaşə”-nin səsi ilə “Nəsr” surəsinin tilavəti

2:56 - July 14, 2025
Xəbər sayı: 3498520
İQNA – Pakistanın tanınmış qarisi və hafizi Əhməd Ukkaşə mübarək “Nəsr” surəsini tilavət etməklə “İQNA”-nın təşkil etdiyi “Fəth” adlı Quran kampaniyasına qoşulub.

 

“İQNA”-nın verdiyi məlumata görə, Pakistanın seçkin qarisi və Quran hafizi Əhməd Ukkaşə, mübarək “Nəsr”surəsinin tilavəti ilə “Fəth” Quran kampaniyasına qatılıb.

“Fəth” Quran kampaniyası, sionist rejimin İran İslam Respublikasına qarşı hücumları fonunda və İslam İnqilabının düşmənlərinin müxtəlif fitnələrlə böyük İran xalqının ruhiyyəsini zəiflətmək və ümidsizlik yaratmaq niyyətində olduğu bir şəraitdə, Beynəlxalq Quran Xəbər Agentliyinin (iQNA) təşəbbüsü ilə başladılıb.

Bu kampaniyanın məqsədi İslam ordusunun döyüşçülərinin ruhunu gücləndirmək, cəmiyyətə ümid və aramlıq bəxş etmək, eləcə də Quranın ilahi mesajını milli və beynəlxalq müstəvidə yaymaqdır.

İran və müxtəlif ölkələrdən olan tanınmış, gənc və fəal qarilər bu kampaniyada iştirak etmək üçün “Fəth” surəsinin ilk ayələrini, “Ali-İmran” surəsinin 139-cu ayəsini, “Nəsr” surəsini və s. ayələri tilavət edib videofaylını sosial şəbəkələrdə (İta, Bale və s.) fathadmin ünvanına göndərə bilərlər.

Aşağıda Əhməd Ukkaşənin “Nəsr” surəsini tilavət etdiyi videonu izləyə bilərsiniz.

kod

4294008

Teqlər: quran ، qari ، qiraət ، Nəsr surəsi
captcha