IQNA

Qəzzada şəhid olan jurnalistlərin sayı 232-yə çatdı

14:14 - July 26, 2025
Xəbər sayı: 3498587
İQNA - Qəzzadakı Hökumət Media Mərkəzi, 7 oktyabr 2023-cü ildə başlayan Qəzza müharibəsindən indiyə qədər bölgədə şəhid olan jurnalistlərin sayının 232 nəfərə çatdığını açıqlayıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, jurnalist Adam Əbu Hərbədin şəhid olmasının ardından, Qəzza Hökumət Media Mərkəzi şəhid olan jurnalistlərin sayının 232-ə çatdığını bildirdi.

Fələstin hökumətinin Qəzzadakı Media Mərkəzi yaydığı bəyanatda, sionist işğalçı rejimin fələstinli jurnalistləri hədəfə alması, onları qətlə yetirməsi və sistematik şəkildə terror etməsini ən sərt ifadələrlə pisləyib. Bəyanatda Beynəlxalq Jurnalistlər İttifaqı, Ərəb Jurnalistlər İttifaqı və dünya üzrə bütün media qurumları bu cinayətləri qınamağa çağırılıb.

Mərkəz, sionist işğalçı rejimi, ABŞ hökumətini və soyqırımda iştirak edən digər dövlətləri – o cümlədən Britaniya, Almaniya və Fransanı – bu vəhşi və dəhşətli cinayətlərə görə tam məsuliyyət daşıyan tərəflər kimi təqdim edib.

Bəyanatda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar və media fəaliyyəti ilə bağlı qurumlar işğalçı rejimin cinayətlərini qınamağa, rejimi dayandırmağa və bu davam edən cinayətlərə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb etməyə çağırılıb.

Həmçinin mərkəz Qəzza zolağında jurnalistlərin və media fəallarının qorunması, onların qətlə yetirilməsinin və terror edilməsinin qarşısının alınması, soyqırımın dərhal dayandırılması üçün ciddi və təsirli təzyiqlər göstərilməsini tələb edib.

Qeyd edək ki, ötən gecə sionist rejimin Qəzza şəhərinin mərkəzində yerləşən qaçqın çadırlarına hücumu nəticəsində jurnalist Adam Əbu Hərbəd şəhid olub, həyat yoldaşı və uşaqları isə yaralanıb.

4296184

captcha