İQNA-nın məlumatına görə, Ərbəin günlərində “Cihad, müqavimət və dözümlülük” mövzusunda “Qurani-Kərim məfhumlarının izahı” proqramı Həzrət Fatimə Məsumə (s.ə) hərəminin Kərbəla yolunun 1080-ci sütununda yerləşən mökəbində təşkil olunub. Tədbirdə 20 millətdən olan qadınlar iştirak edib, proqram hər gün saat 17:00-dan 19:00-a qədər davam edib, Hacı Həkimi – Qurani-Kərimin hafizi– çıxış və tilavət edib. Proqram “Qurani-Kərim və Maarif” televiziya kanalında canlı yayımlanıb. Mökəb, Ərbəin ziyarətçilərinə müxtəlif mədəni və Quran yönümlü tədbirlər təqdim edib.
4299661