IQNA

Yəmənin işğal olunmuş ərazilərə yeni raket hücumu

10:24 - September 04, 2025
Xəbər sayı: 3498804
İQNA - Yəmən Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərə endirdiyi cavab raket hücumundan sonra Ben Qurion hava limanı bağlanıb.

“İQNA”-nın “əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, sionist rejim ordusu Yəmən tərəfindən işğal olunmuş ərazilərə raket hücumu edildiyini təsdiqləyib və atılan raketi izləməyə çalışdıqlarını açıqlayıb.

Bu, çərşənbə günü Yəmənin işğal olunmuş ərazilərə endirdiyi ikinci cavab hücumudur.

Sionist rejim ordusu bildirib ki, Yəməndən atılan bir raket işğal olunmuş Fələstinə yaxınlaşdığı üçün rejimin hava hücumundan müdafiə sistemi işə düşüb və onu izləməyə cəhd göstərib.

Eyni zamanda bir yəhudi mediası iddia edib ki, Yəmən tərəfindən iki raket atılıb, onlardan biri Qırmızı dənizə düşüb, digəri isə havada partlayıb. Lakin sionistlərin hava hücumundan müdafiə sisteminin aktivləşməsi bu iddianı şübhə altına alıb.

Raket atəşi nəticəsində işğal olunmuş Fələstinin mərkəzində, o cümlədən Qüds və Təl-Əviv, Ölü dəniz və bir neçə başqa bölgədə siqnal sirenləri işə düşüb.

Sionist rejim mediası xəbər verib ki, raket hücumu müşahidə edildikdən sonra Təl-Əvivdəki Ben Qurion hava limanı bütün uçuşlarını, həm bu hava limanına, həm də buradan həyata keçirilən reysləri dayandırıb.

Bu çərşənbə günü də işğal olunmuş Yafa (Təl-Əviv) şəhərində bir neçə həssas hədəf “Zülfüqar” və “Fələstin” raketləri ilə vurulub, nəticədə Ben Qurion hava limanının fəaliyyəti dayandırılıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərih verdiyi bəyanatda bildirib: “Raketlər dəqiqliklə müəyyən olunmuş hədəflərə dəyib, milyonlarla sionistin sığınacaqlara qaçmasına və Ben Qurion hava limanında uçuşların dayanmasına səbəb olub”.

O əlavə edib: “Bu əməliyyat məzlum Fələstin xalqının müdafiəsi və sionist rejimin Yəmənə qarşı təcavüzkar hücumuna ilk cavab olaraq həyata keçirilib”.

4303307

captcha