IQNA

Əmirliklərdə “Şeyxə Hind” Qurani-Kərim müsabiqəsində qeydiyyatın başlanması

8:50 - September 14, 2025
Xəbər sayı: 3498861
İQNA - Dubay Beynəlxalq Quran Müsabiqəsi Təşkilat Komitəsi 2025-ci ildə keçiriləcək 26-cı ümumdaxili Quran müsabiqəsi – “Şeyxə Hind bint Məktum”un qeydiyyatının başlandığını elan edib.

“Xəliç” qəzetinin verdiyi xəbərə görə, bu müsabiqə Birləşmiş Ərəb Əmirliklərində ən nüfuzlu daxili Quran yarışlarından sayılır və hər il Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinə bağlı “Dubay Mükafatı” Quran Müsabiqələri Komitəsi tərəfindən təşkil olunur.

26-cı yarış üçün qeydiyyat sentyabr ayının sonuna qədər “Dubay Mükafatı”nın rəsmi saytı “Shq.quran.gov.ae” üzərindən davam edəcək. Qeydiyyat həm fərdi qaydada, həm də Əmirliklərdəki etibarlı Quran institutları vasitəsilə mümkündür.

Bu yarışın ilkin mərhələsi 2025-ci ilin oktyabr ayında başlayacaq və həm BƏƏ vətəndaşları, həm də ölkədə yaşayan qeyri-vətəndaşlar qeydiyyatdan keçərək iştirak edə biləcəklər.

Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin baş direktoru və Dubay Beynəlxalq Quran Müsabiqəsi Müşahidə Şurasının sədri Əhməd Dərviş əl-Mühəyri bu barədə deyib: “Şeyxa Hind Quran müsabiqəsi BƏƏ-də Quran çırağıdır, dövlətin Qurana xidmət yolundakı mövqeyini möhkəmləndirir və ən yaxşı hafizlərin seçilməsinə kömək edir.”

O əlavə edib: “Bu yarışın həm tədris, həm də sosial aspektləri vardır və nəsillərin Quranla, eləcə də uca Quran dəyərləri ilə əlaqəsini gücləndirəcək.”

Müsabiqə tam Quran hifzi, “Əmmə” cüzü, 3 cüz, 5 cüz, 10 cüz və 20 cüz üzrə keçiriləcək. İştirakçılar müraciət etdikləri sahədə bundan əvvəl final mərhələsinə vəsiqə qazanmış olmamalıdırlar.

4304755

captcha