IQNA

Avropa İttifaqı sionist rejimi sanksiya ilə hədələdi

10:55 - September 26, 2025
Xəbər sayı: 3498923
İQNA - Avropa İttifaqı sionist rejimi Qəzza müharibəsinə və bu rejimin fələstinlilərə qarşı cinayətlərinə görə sanksiya ilə hədələyib.

“İQNA”-nın “Bəvaba əl-Fəth”-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının sədri Ursula fon der Layen ilk dəfə olaraq Qəzza zolağındakı humanitar vəziyyətin ağırlaşmasına görə sionist rejimə qarşı cəza tədbirləri təklif edib.

Fon der Layen Qəzza müharibəsinin ikinci ildönümündən öncə Avropa İttifaqının vəziyyəti barədə aylıq çıxışında İsraili sərt tənqid edərək bildirib ki, hərbi əməliyyatların miqyası Fələstin torpaqlarında süni aclığa səbəb olub.

Sionist rejimə təzyiq göstərmək və siyasətini dəyişməyə məcbur etmək üçün Komissiya bir sıra tədbirlər təklif edib ki, onların ən önəmlisi Avropa İttifaqı ilə İsrail arasındakı əməkdaşlıq sazişinin ticarət hissəsinin dayandırılmasıdır. Bu addımın işğal olunmuş ərazilərə ixracatçılar üçün təxminən 227 milyon avro zərərə səbəb olacağı bildirilir.

Təklif həmçinin Avropanın ikitərəfli əməkdaşlıq proqramlarına ayrılan maliyyənin dayandırılmasını, eləcə də nifrət təbliğində ittiham olunan İsrail nazirlərinə və İordan çayının qərb sahilində cinayət törədən məskunlaşanlara qarşı fərdi sanksiyaların tətbiqini əhatə edir.

Bəzi ölkələr sanksiyaların gücləndirilməsini, fələstinlilərin hüquqlarının müdafiəsini və daha ciddi addımların atılmasını tələb edir. Digər tərəfdən, Almaniya, Avstriya və Çexiya kimi İsraillə yaxın münasibətləri olan ölkələr isə onunla ittifaqlarını qorumaq istəyirlər.

Avropa Parlamenti Qəzzada müharibəyə son qoyulması və bu münaqişəyə həll yolu tapılması üçün tədbirlər görməyi nəzərdə tutan qətnamə qəbul edib. Qətnamə 305 lehinə, 151 əleyhinə və 122 bitərəf səslə qəbul olunub.

Bu mövzuda Avropa İttifaqının Fələstinlə əlaqələr komitəsinin sədri Lin Boylan bildirib: “Əgər daha tez hərəkət etsəydik, aydın mesaj göndərərdik və bəlkə də minlərlə insanın həyatını xilas edə bilərdik”.

Müharibənin başladığı vaxtdan bəri İspaniya, İrlandiya, Sloveniya, Fransa, Belçika, Malta, Lüksemburq və Andorra Qəzza zolağında qan tökülməsini dayandırmaq səylərinə qoşulublar.

4306955

captcha