IQNA

Banqladeşdə Qurana hörmətsizlik edən tələbə həbs edilib

11:25 - October 06, 2025
Xəbər sayı: 3498986
İQNA - Banqladeşdə Şimal–Cənub Universitetinin (North South University) bir tələbəsi Qurani-Kərimə hörmətsizlik etdiyi üçün polis tərəfindən həbs olunub.

“Observerbd” xəbər agentliyinin məlumatına görə, Banqladeşin Bhatara polis idarəsi Şimal–Cənub Universitetinin tələbəsini Qurani-Kərimə hörmətsizlik etdiyinə görə saxlayıb.

22 yaşlı Aporbo adlı bu tələbə şənbə günü səhər öz Facebook səhifəsində beş video paylaşaraq, universitet binasının qarşısında Qurani-Kərimin bir nüsxəsini təpiklədiyini və səhifələrini cırdığını göstərib.

Digər tələbələr ona etiraz etdikdə, Aporbo iddia edib ki, bu kitabı atasının pulu ilə alıb və istədiyi kimi rəftar etmək hüququna malikdir.

Videolarda gərgin mübahisələr də əks olunub və tələbələrdən biri ona xatırladıb ki, əhalisinin 90 faizi müsəlman olan bir ölkədə bu cür hərəkətlər qəbuledilməzdir.

Universitetin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək Aporbonu ərazidən uzaqlaşdırıblar. Hadisə, bir müəllimin dərsə gecikdiyi üçün onun sinfə daxil olmasına icazə verməməsi və çöldə oturmağa məcbur etməsindən sonra baş verib.

Universitetin Facebook səhifəsində hadisənin təfərrüatları paylaşılaraq qeyd olunub ki, Aporbo qəsdən Qurani-Kərimi yerə qoyub, ona təpik vurub, səhifələrini cırıb və bu hərəkətləri videoya çəkib.

Universitetin arxiv məlumatları göstərir ki, Aporbo daha əvvəl intizam pozuntuları və əxlaqa zidd davranışları səbəbilə üç semestrlik tədrisdən uzaqlaşdırılmışdı.

O, həmçinin Facebook-da əvvəlki 10 paylaşımında Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlədərək iddia edib ki, guya Quran insanları azdırmaq üçün yazılıb.

Qeyd olunur ki, bəzi təfsirçilər müqəddəslərə təhqirə görə şəriət əsaslı cəzaların, o cümlədən edam hökmünün tətbiqini tələb ediblər, digərləri isə Banqladeşin mövcud hüquqi çərçivəsi daxilində cinayət təqibinə tərəfdar çıxıblar.

4308979

captcha