IQNA

Oman müftisi Qəzzədə müqavimətin qələbəsini təbrik etdi

9:48 - October 12, 2025
Xəbər sayı: 3499016
İQNA - Oman müftisi bir mesajında Qəzzə, Fələstin və Yəməndəki İslam müqavimətinin sionist rejim üzərində qazandığı böyük qələbəni təbrik edib və müsəlmanları bu bölgənin mühasirəsi qaldırıldıqdan sonra Qəzzə xalqının yanında dayanmağa çağırıb.

“İQNA”-nın “əs-Səhvə” qəzetinə istinadla verdiyi xəbərə görə, Oman Sultanlığının müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlili Qəzzə, Fələstin və Yəməndəki İslam müqavimətinin sionist rejim üzərində qazandığı böyük qələbəni təbrik edib və müsəlmanları bu bölgənin mühasirəsi qaldırıldıqdan sonra Qəzzə xalqını dəstəkləməyə səsləyib.

Əl-Xəlili mesajında yazıb: “Əvvəlcə özümüzü, daha sonra Qəzzə, Fələstin, Yəmən, Şam və digər ölkələrdəki İslam müqavimətinin bütün qəhrəmanlarını, eləcə də bütün müsəlmanları haqqın batil üzərində qazandığı bu böyük qələbə münasibətilə təbrik edirik. Bu qələbə Qəzzənin – cəsarət və cihad rəmzinin – zülmkar mühasirəsinin başa çatması və düşmənin geri çəkilməsi ilə müşayiət olundu; elə bir düşmən ki, Qəzzəni işğal etməkdə məğlub olduğunu özü etiraf etdi.”

O, bu hadisəni haqq əhlindən ötrü həm hərbi, həm də siyasi qələbə kimi qiymətləndirib və əlavə edib ki, düşmənin əsl siması artıq dünya ictimaiyyətinə aşkar olub, Fələstin xalqı ilə beynəlxalq həmrəylik isə elə səviyyəyə çatıb ki, bəzi Qərb ölkələrinin rəhbərləri belə Fələstinin işğaldan azad olunması üçün beynəlxalq səylərin göstərilməsini tələb edirlər.

Oman müftisi sonda Fələstinə dəstək məqsədilə dünya azad insanlarından ibarət “Dayanışma Donanması”nı xatırladaraq, onun iştirakçılarına təşəkkür edib və bütün müsəlman dövlətləri ilə xalqlarını Qəzzə xalqına mühasirənin aradan qalxmasından sonra yardım göstərməyə və onları dəstəkləməyə çağırıb.

4310089

captcha